EN

Qvardiola Mançesterdə qaldı

Xosep Qvardiola “Mançester Siti”də qalmağa qərar verib. Uzun sürən müzakirələrdən sonra tərəflər mövcud anlaşmanın müddətini uzatmaq qərarına gəlib.

Futbolinfo.az xəbər verir ki, ispan mütəxəssis yekun qərara tələsmir, digər variantları nəzərdən keçrirdi. “Şəhərllər” də bir neçə mütəxəssislə ilkin danışıqlar aparmışdı. Qvardiola mövsümün sonunda bitəcək müqaviləni artırmaqla bağlı qəti qərar vermədiyindən, Mançester təmsilçisi qışda qəti addım da atmaq niyyətində idi.

2016-cı ildən İngiltərə klubuna rəhbərlik edən 53 yaşlı mütəxəssis müqaviləni bir illik uzatmağa razı olub. Lakin razılıqda onu 2027-ci ilin yayınadək artırmaq haqda bənd var.

Rəsmi məlumatın bu həftə veriləcəyi gözlənilir.

Chosen
28
futbolinfo.az

1Sources