EN

Qazaxıstan məktəbliləri “Ginnesin Rekordlar Kitabı”na düşdülər

Qazaxıstanda, Almatı şəhərində yerləşən 209 saylı orta məktəbin şagirdləri böyük uğura imza atmaqla, Ginnesin Rekordlar Kitabına düşüblər.

Azpost.info bildirir ki, buna səbəb bir qrup məktəblinin sikkədən qurduğu piramida olub. Məktəblilərin sikkədən qurduqları bu piramida beynəlxalq səviyyədə rekord göstərici kimi qiymətləndirib və Ginnesin Rekordlar Kitabına düşüb.

Noyabr ayının 15-də Almatı şəhərindəki 209 saylı məktəb-gimnaziyanın məktəbli komandası qeyri-adi kompozisiya yarada biliblər. Şagirdlərin belə uğur qazanması isə mükafatsız qalmayıb. Belə ki, yeni əl işini müzakirəyə çıxaran münsiflər heyəti sikkə piramidanı qazaxıstanlı şagirdlərin ilk qeyri-adi yeniliyi kimi qəbul edəndən dərhal sonra bu sikkə piramida Ginnesin Rekordlar Kitabında qeydə alınıb.

Qeyd edək ki, məktəblilərlə yanaşı, eləcə də müəllimlər nominal dəyəri 50 təngə olan 15 min sikkə toplaya biliblər. Daha sonra onlar sikkədən ibarət olan belə bir piramidanı yığıblar. Bu sikkə piramidanın tikilməsi, tamamlanması isə təxminən iki həftə çəkib.

Piramida “Uğurun təməli” adlandırılıb və müəllimlərin fikrincə, əslində, görülən iş, hər təbəqə biliyə doğru bir addımdır, hər bir sikkə isə gələcəyə istəkdir.

“Bu abidə mütləq təkcə bizim məktəbin yox, həm də bütün Qazaxıstanın fəxrinə çevriləcək” – deyən Almatı məktəbliləri əminliklə bildiriblər.

Belə bir kollektiv impuls, həmçinin də ilk ideya “Tabıştı Mektep” adlı təhsil layihəsi çərçivəsində baş verib.

Oqtay Qorçu

Chosen
22
azpost.info

1Sources