EN

Azərbaycanda illik 15% gəlir verən dollar istiqrazı varmış - ƏN SƏRFƏLİ DOLLAR İSTİQRAZLARI, MƏBLƏĞLƏR - SİYAHI

Dollar istiqrazları investorların diqqətini cəlb edən əsas investisiya alətlərindən biridir. Azərbaycanda bir neçə il əvvəl baş verən devalvasiyalardan sonra dollarla kreditlər və istiqrazlara maraq azalsa da, son vaxtlar «yaşıl pullar» yenidən investorların və şirkətlərin diqqətini cəlb etməyə başlayıb.

Qlobal bazarlarda son vəziyyət - İnvestAZ TƏQDİM EDİR

Əslində gəlirləri dollarla olan qurumlar üçün dollar istiqrazı buraxmaq sərfəlidir – çünki faizləri manat istiqrazlarına nisbətən daha aşağı olur, investorlar bu kağızları uzun müddətə almağa hazırdırlar, nəhayət, vaxtı çatanda onları ödəmək də çətin deyil.

Məsələ bundadır ki, banklarda dollar əmanətləri maksimum 3% olduqda qorunur, ondan artıq əmanət faiz demək olar ki, yoxdur. Heç banklar da 3%-lə olsa belə, dollar əmanəti cəlb etməkdə maraqlı deyillər. Belə halda daha yüksək faiz gətirən dollar istiqrazları əslində dolları olanlar üçün sərfəli variantdır.

Hazırda Azərbaycanda emitentlər – şirkətlər müxtəlif gəlir faizləri və nominala malik dollar istiqrazları buraxıblar. Bu istiqrazlar həm uzun uzun, həm də qısa müddət dövr üçün sərmayə imkanı yaradır.

FED.az xəbər verir ki, dollar istiqrazlarının illik faiz dərəcəsi 3-15% arasında dəyişir.

Ən çox gəlir gətirən istiqrazlar arasında GL ASC-nin buraxdığı istiqrazlar diqqət çəkir. İllik 15% gəlirlilik təklif edən bu istiqrazlar bazarda ən yüksək gəlirə malikdir, üstəlik onların vaxtının bitməsinə də hələ 4 il qalır. Digər tərəfdən, Ekolizinq MMC-nin illik 10%-lik və FİNCA Azərbaycan MMC-nin 9%-lik gəlirliliyə malik istiqrazları gəlir baxımından cəlbedicidir.

Nominal dəyəri baxımından istiqrazların nominal dəyəri 100 və 1000 dollar təşkil edir.

Azərbaycanda dollar istiqrazları arasında tədavül müddətinə görə ən uzun müddət olan istiqrazlar Kapital Bank ASC-yə məxsusdur. Bankın istiqrazları üzrə tədavül müddəti 2024-cü ildən 2031-ci ilə qədərdir, yən 7 illik dövr dövr edir. Bu o deməkdir ki, bank həmin istiqrazların pulunu 2031-ci ildə qaytaracaq, ona qədər isə illik faiz ödəyəcək. Hansısa investor istiqrazları vaxztından əvvəl satmaq istəsə bunu Bakı Fond Birjasında asanlıqla edə biləcək – dollar istiqrazlarına tələbat böyükdür.

Ümumiyyətlə, dollar istiqrazları sərmayəçilər üçün həm yüksək gəlir, həm də sabit gəlirli seçimlər təklif edir.

İstiqrazlar haqqında daha detallı :

ASIN KOD

Emitent

(istiqrazı buraxan)

Valyuta

İstiqrazların Sayı

Nominal Dəyər

Listinqə Alınma Tarixi

Tədavül Müddəti

Gəlirlik

AZ2006004280

ACCESSBANK QSC

USD

2 500

1000 USD

14-06-2024

14/12/2025

6.00%

AZ2001019341

Xəzər Dəniz Gəmiçiliyi QSC

USD

100,000

1000 USD

03-03-2023

03/03/2028

6.00%

AZ2002019340

Xəzər Dəniz Gəmiçiliyi QSC

USD

50,000

1000 USD

23-02-2024

23/02/2029

6.00%

AZ2003019877

AzerGold QSC

USD

200 000

100 USD

29-01-2024

29/01/2027

6.00%

AZ0108001808

Maliyyə Nazirliyi

USD

1 000 000

100 USD

24-09-2021

04/03/2025

3.00%

AZ2008019500

Ekolizinq MMC

USD

250

1000 USD

29-05-2024

02/05/2027

10,00%

AZ2006019205

FİNCA Azərbaycan BOKT

USD

2 500

1000 USD

11-07-2024

11/01/2026

9.00%

AZ2009020283

GL ASC

USD

400

1000 USD

05-05-2023

05/05/2028

15%

AZ2010020280

GL ASC

USD

1 500

1000 USD

13-07-2023

13/07/2028

15%

AZ2008005152

Kapital Bank ASC

USD

350 000

100 USD

17-04-2024

17/04/2031

7.00%

AZ2010005158

Kapital Bank ASC

USD

300 000

100 USD

24-06-2024

24/06/2031

7.00%

AZ2012005156

Kapital Bank ASC

USD

300 000

100 USD

08-07-2024

08/07/2031

7.00%

AZ2013005155

Kapital Bank ASC

USD

300 000

100 USD

26-09-2024

19/09/2031

7.00%

AZ2014005154

Kapital Bank ASC

USD

200 000

100 USD

31-10-2024

08/10/2031

7.00%

AZ2009020176

Paşa Yatırım Bankası

Anonim Şirkəti

USD

25 000

1000 USD

30-05-2024

30/11/2025

6.19%

AZ2001023517

Silk Vey Vest Aviaşirkəti MMC

USD

10 000

1000 USD

12-08-2021

19/11/2024

5.00%

AZ2002023516

Silk Vey Vest Aviaşirkəti MMC

USD

10 000

1000 USD

24-01-2022

19/11/2024

5.00%

AZ2003023515

Silk Vey Vest Aviaşirkəti MMC

USD

10 000

1000 USD

23-05-2022

05/05/2025

5.00%

AZ2002019894

SOCAR

USD

100 000

1000 USD

01-11-2021

01/11/2026

4.50%

AZ2012002021

UNİBANK ASC

USD

15 000

1000 USD

15-11-2021

26/10/2027

6.00%

AZ2014002029

UNİBANK ASC

USD

12 000

1000 USD

12-12-2022

30/11/2028

8.00%

Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür. 

Chosen
28
fed.az

1Sources