EN

Gənc yazar onlara “od qoydu”, Sabir Rüstəmxanlı cavab verdi

Yazar Tural Turan sosial media hesabında yazıb ki, bəzi yazıçı və şairlər imza olaraq silinib gedəcəklər. Tribunainfo.az xəbər verir ki, bu iddia sosial şəbəkədə səs-küyə səbəb olub.

Yazarın paylaşımında deyilir:
“Mənə görə 10-15 ildən sonra Azərbaycan ədəbiyyatından imza olaraq silinib gedəcək şair və yazıçılarımızın siyahısı bunlardır: xalq şairi Nəriman Həsənzadə,
xalq şairi Vahid Əziz, xalq şairi Sabir Rüstəmxanlı, xalq yazıçısı Elçin, xalq şairi Fikrət Qoca (ruhu şad olsun!), xalq yazıçısı Anar, yazıçı Hidayət Orucov, şair Məmməd İsmayıl, şair Məmməd İlqar şair Paşa Qəlbinur, şair Əjdər Ol (Allah qapısını açsın!), şair Vaqif Bəhmənli, şair Qəşəm Nəcəfzadə, yazıçı Elçin Hüseynbəyli, şair Rəşad Məcid… ”

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, yazıçı Sabir Rüstəmxanlı qeyd edib ki, özünün ədəbiyyatın harasında olduğu anlaşılmayan bir gənc şair peyğəmbərlik və ya uzaqgörənlik eşqinə düşərək bir dəstə tanınmış qələm sahibinin 10-15 il sonra ədəbiyyatdan silinib gedəcəyini iddia edir: “Həyatda olmayacaqlar yazsa başa düşülərdi. Gənc dostumuz bir şeyi bilsə yaxşıdır: biz ədəbiyyatda qalmaq üçün yazmırıq, yazırıq ki, ədəbiyyat qalsın…”

Dəniz Pənahova

Chosen
17
3
tribunainfo.az

4Sources