EN

10 ayda restoranlarda 2 milyard manata yaxın pul xərclənib - Rəsmi

2024-cü ilin yanvar-oktyabr aylarında ictimai iaşə dövriyyəsi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 11,1 faiz artaraq 1 milyard 877 milyon manat olub.

Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 51,2 faizi hüquqi şəxslərin, 48,8 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2023-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 12,9 faiz artaraq 953,0 milyon manata çatıb.

Dövlət müəssisələrində ictimai iaşə dövriyyəsinin həcmi 17 milyon 67 min manat, özəl müəssisələrin ictimai iaşə dövriyyəsinin həcmi 1 milyard 859 min 946 min manat təşkil edib.

Əvəz Həsənov

Chosen
62
50
valyuta.az

10Sources