Yanvar-oktyabr aylarında Rusiyadan Çinə neft tədarükünün həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 % artaraq 90,4 milyon ton təşkil edib.

İndex.az TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Baş Gömrük İdarəsi məlumat yayıb.

Bu enerji xammalının tədarükünün dəyəri illik hesablamada 6,4 % artaraq 52,8 milyard dollar təşkil edib. Neft Rusiyanın Çinə ümumi ixracının dəyərinin yarısını təşkil edir.

Oktyabr ayında Rusiya Çinə 9,8 milyon ton neft ixrac edib ki, bu da sentyabr ayı ilə müqayisədə 13,5 % çoxdur. İxracın dəyəri 5,2 milyard dollar təşkil edib.

Rusiya yanvar-oktyabr aylarında Çinin ən böyük neft tədarükçüsü olaraq qalır. İkinci yerdə Səudiyyə Ərəbistanı (65,3 milyon ton, 40,5 milyard dollar), üçüncü yerdə isə Malayziya (56,8 milyon ton, 31,4 milyard dollar) qərarlaşıb.