EN

Norveçdə vəliəhd şahzadəsinin oğlu saxlanıldı

Norveç vəliəhd şahzadəsi Mette-Maritin oğlu Marius Borq Hoibinin zorlama hadisəsində əli olduğu iddiası ilə saxlanıldığı bildirilib.

Busaat.az xarici mediaya istinadla xəbər verir ki, Oslo polisinin verdiyi açıqlamada Hoibinin Osloda huşunu itirmiş və hərəkətə müqavimət göstərə bilməyən birinə cinsi təcavüz etməkdə günahlandırıldığı qeyd edilib.

Zorlandığı iddia edilən qadının vəkili Hege Salomon müvəkkilinin çətin günlər keçirdiyini deyib.

Saxlanma hadisəsi ilə bağlı kral sarayından açıqlama verilməyib. Bakıvaxtı.az

Chosen
37
busaat.az

1Sources