EN

Gürcüstanda etiraz mitinqi başa çatdı

Gürcüstanın paytaxtı Tbilisinin mərkəzində müxalifətin aksiyası polisin etirazçıları bütün gecəni keçirdikləri Çavçavadze prospektindən uzaqlaşdırması ilə başa çatıb.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə, vəziyyət sabitləşəndən sonra müxalifət liderlərindən Zurab Caparidze etirazçılar qarşısında çıxış edib.

O, aksiyanın bu formatda davam etdirilməsinin mənasız olduğunu deyib və hamını dağılışmağa çağırıb.

Eyni zamanda hüquq-mühafizə orqanlarının əməkdaşları aksiya keçirilən ərazini tərk etməyə başlayıblar.

Qeyd edək ki, oktyabrın 26-da Gürcüstanın ali qanunverici orqanına seçkilər keçirilib. Səsvermənin nəticələrinə görə, hakim “Gürcü arzusu” partiyası 54,3% səs toplayaraq qalib gəlib. Lakin müxalifətin bir sıra siyasi birlikləri seçki kampaniyasının nəticələrini qəbul etməyib, Dəyişiklik Koalisiyasının üzvləri hətta deputat mandatlarından da imtina ediblər.

Noyabrda Gürcüstanda müxalifət partiyalarının nümayəndələri, onların tərəfdarları, eləcə də vətəndaş fəalları parlament seçkilərinin nəticələrinə qarşı etiraz aksiyalarında iştirak ediblər.

Mina Mikayılova

Chosen
36
1
bakivaxti.az

2Sources