EN

Hazırda dünya əhalisinin yarıdan çoxu şəhərdə yaşıyır - Muxtar Babayev

Bakı. Trend:

Hazırda dünya əhalisinin yarıdan çoxu şəhərdə yaşıyır. Burəqəmin 2050-ci ilə qədər təxminən 70%-ə yüksələcəyiproqnozlaşdırılır.

Trend xəbərverir ki, bu barədə COP29-un prezidenti, ekologiya və təbiisərvətlər naziri Muxtar Babayev “COP29-da çoxsəviyyəli vəçoxsektorlu iqlim fəaliyyətinə dair yüksək səviyyəli açılışmərasimi” zamanı çıxışında deyib.

O qeyd edib ki, proqnozlara görə, yaxın 5-7 ildə şəhərəhalisinin 500 milyon nəfərdən çox artacağı gözlənilir ki, bu da öznövbəsində şəhər infrastrukturuna, o cümlədən elektrik və sutəchizatı, nəqliyyat, kanalizasiya sistemi və yollara daha da böyüktəzyiq göstərəcək.

“Şəhər mərkəzləri qlobal CO2 emissiyalarının 70%-dən çoxunaməsuldur. Şəhər sakinlərinin əhəmiyyətli bir hissəsi iqlimintəsirinə çox həssas olan ərazilərdə yaşayır. 2050-ci ilə qədəralçaq şəhər və qəsəbələrdə bir milyarddan çox insan dənizsəviyyəsinin qalxması riski ilə üzləşəcək.

Bu gün COP29-un Prezidentliyi Çoxsahəli Fəaliyyət Bəyannaməsini– Dayanıqlı və Sağlam Şəhərlər üçün Yollar elan etməkdən məmnundur.Bu təşəbbüs çoxsəviyyəli tədbirləri uyğunlaşdırmaq, şəhərməkanlarını davamlılıq və iqlim liderliyi mərkəzlərinə çevirməküçün nəzərdə tutulub. Bu, milli hökumətləri özəl və ictimai maraqlıtərəflərlə birlikdə qüvvələri birləşdirməyə və bu məqsədlərə doğruyaxından işləməyə çağıran aydın fəaliyyətə çağırış kimi xidmətedir. Çox səviyyəli əməkdaşlıq vacibdir. Milli siyasətlər yerlisəviyyədə həyata keçirilə bilən strategiyalara çevrilməlidir", - obildirib.

M.Babayev qeyd edib ki, şəhərlər və regionlar öz unikal vəspesifik kontekstlərinə uyğun olaraq hazırlanmış iqlim həllərinihəyata keçirmək üçün alətlərə, maliyyə vəsaitlərinə vəsəlahiyyətlərə ehtiyac duyurlar.

"Şəhər iqliminin maliyyələşdirilməsi də mühüm məsələdir. Şəhərinfrastrukturuna, enerjiyə qənaət edən binalara və dayanıqlınəqliyyat sistemlərinə investisiyaların genişləndirilməsi innovativmaliyyələşdirmə mexanizmləri və daha güclü tərəfdaşlıq tələb edir”,- deyə nazir bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
20
2
az.trend.az

3Sources