EN

Zhang Ling: Azərbaycan təhlükəsiz nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) prioritet sahəsi olan təhlükəsiz və effektiv nəqliyyat dəhlizlərinin inkişafında Azərbaycan əlaqələndirici ölkə kimi mühüm rol oynayır.

“İki sahil” xəbər verir ki, bunu CICA-nın baş katibinin müavini Zhang Ling BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən "Dayanıqlı Əlaqələrə Gedən Yollar: CICA və onun Üzv Dövlətlərinin, həmçinin Asiyada Regional Təşkilatların Təhlükəsiz, Effektiv və İqlimə Davamlı Nəqliyyat Dəhlizləri üçün Səyləri" mövzusunda tədbirdə deyib.

O bildirib ki, Avropa və Asiyanı birləşdirən əsas tranzit qovşağı kimi Azərbaycan davamlı əlaqənin transformativ potensialını nümunə göstərir: "Bir çox CICA üzv dövlətlərinin tranzit ölkələr olduğunu nəzərə alsaq, nəqliyyat dəhlizləri regional əməkdaşlığı gücləndirmək üçün ümumi baxışımızın tərkib hissəsidir”.

O qeyd edib ki, CICA-nın ümumi təşəbbüsləri beş əsas meyarı əhatə edir: “Bunlara iqtisadiyyat, ekologiya, humanitar sahələr, təhdid və çağırışlar daxildir. CICA-ya üzv dövlətlər iqlimə davamlı nəqliyyat dəhlizlərinin inkişafına xüsusi diqqət yetirməklə, iqtisadi və ekoloji ölçülərə əhəmiyyətli töhfələr verməyə sadiqdirlər".

Chosen
9
4
ikisahil.az

6Sources