EN

ABŞ Ukraynaya qadağan olunmuş piyada əleyhinə minaların tədarükünə razılıq verib - KİV

ABŞ Ottava müqaviləsi ilə qadağan edilmiş piyada əleyhinə minaların Ukraynaya tədarükünü təsdiqləyib. Missiya.Az xaici KİV-ə istindaən xəbər verir ki, Pentaqonun fikrincə, belə bir addım Rusiyanın irəliləyişini ləngitməlidir.

Məlumata görə Ukrayna yalnız məhdud müddət ərzində (akkumulyator bitdikdən sonra) aktiv olacaq minalardan istifadə etməyi öhdəsinə götürüb.

Daha əvvəl Ukrayna prezidenti Volodimir Zelenski ölkənin Qərbdən Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün uzaqmənzilli raketlərdən istifadə etmək icazəsi aldığını təsdiqləyib.

“İndi təkcə mediada deyil, həm də müvafiq ölkələrin müvafiq qərarları olduğu üçün bu qərarlara qoşunlarının harada yerləşməsindən asılı olmayaraq, Rusiyanın hərbi potensialını azalda biləcəyimiz imkanların sayını əlavə etmək çox vacibdir", - deyə Zelenski bildirib.

Bir gün əvvəl Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin çərşənbə axşamı gecə saatlarında altı ATACMS ballistik raketi ilə Bryansk bölgəsinə hücum etdiyini, Rusiya hava hücumundan müdafiə sisteminin isə beş raketi vurduğunu bildirib.

Zərintac MayisqızıMissiya.Az

Chosen
38
missiya.az

1Sources