EN

Rauf Məmmədov Dünya kubokuna vəsiqə qazanıb

Azərbaycan şahmatçısı Rauf Məmmədov Dünya kubokuna vəsiqə qazanıb.

İdman.biz xəbər verir ki, 36 yaşlı qrossmeyster bu hüquqa Monteneqronun Petrovaç şəhərində keçirilən Avropa çempionatında yiyələnib.

Məmmədov yarışın son turunda Momçil Petkovla (Bolqarıstan) qarşılaşıb və qələbə qazanıb. Bununla da aktivindəki xalını 7,5-ə yüksəldən şahmatçımız çempionatı 14-cü yerdə bitirib. Bu mövqe ona Dünya kubokuna vəsiqə verib.

Məhəmməd Muradlı da çempionatı 7,5 xalla bitirib. Lakin o, əlavə göstəricilərə görə 22-ci pilləni tutub və Dünya kubokuna vəsiqə əldə edə bilməyib.

İdman.biz

Chosen
21
1
idman.biz

2Sources