EN

UN-HABITAT rəsmisi: "Şəhərlərin gələcək üçün kritik əhəmiyyəti var"

Dünya əhalisinin yarıdan çoxu şəhərlərdə yaşayır, odur ki, şəhərlərin gələcək üçün kritik əhəmiyyəti var.

"Cebheinfo.az" xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru Anaklaudiya Rossbax COP29 çərçivəsində təşkil olunmuş çoxsəviyyəli və çoxsektorlu iqlim fəaliyyəti üzrə yüksək səviyyəli açılışda bildirib.

Onun sözlərinə görə, növbəti 20 ildə şəhərlərə daha 4 milyard insan gələcək: "Onlara sığınacaq vermək və qayğı göstərmək lazımdır. Şəhərlərin planlaşdırılmamış genişlənməsi biomüxtəlifliyə, ətraf mühitə, ərzaq təhlükəsizliyinə təhlükədir, sosial parçalanma və fiziki tənəzzül yaradır. Binalar, mənzillər və tikinti istixana qazı emissiyalarının 40 %-ə qədərinə cavabdehdir. Bununla belə, bizim böyük infrastruktur boşluqlarımız var, qeyri-rəsmi yaşayış məntəqələrində xeyli sayda insan yaşayır. Dayanıqlı İinkişaf Məqsədlərinə çatmaq üçün gündə 96 min ev tikilməlidir".

UN-HABITAT rəsmisi həmçinin deyib ki, şəhərlər iqlim dəyişikliyinə son dərəcə həssasdır: "Şəhər ərazilərinin 70 %-i onun təsirini hiss edir, burada temperatur kənd yerlərindən 10 dərəcəyə qədər yüksəkdir. Sahil xətləri boyunca ərazilərin 90 %-i dəniz səviyyəsinin qalxması və şiddətli tufanlarla üzləşir. 2030-cu il gündəminin hədəflərinin 65 %-i yerli fəaliyyətə əsaslanır".

"Cebheinfo.az"

Chosen
16
1
cebheinfo.az

2Sources