EN

"Baxırıq ki, andımızı pozmuşuq, qurbana çevrilirik" - Samir Mirzə - Video

"Baxırlar ki, ölkənin tanınmış insanlarından biridir, sosial şəbəkədə məlumat yayıb və əmin olurlar ki, etibarlı informasiyadır, araşdırmadan dərhal paylaşırlar. Nəticədə dezinformasiya yayılır".

SeherXeber.org xəbər verir ki, bunu jurnalist Samir Mirzə Füyuzat TV-nin "Arxa Plan" verilişində "Mediada dezinformasiyaya qarşı mübarizə" mövzusunda danışarkən bildirib.

O belə olan hallarda özünə və digərlərinə tələsməməyi tövsiyə edib: "Sosial medianı bağışlamaq olur, amma medianı bağışlamırlar. Qanunvericilik baxımından demirəm, oxucu bağışlamır. Etibarsız mənbəyə çevrilmək təhlükəsi yaranır". 

Jurnalist bildirib ki, hər bir insanın populyar olmaq hissi var: "Haradan nəyi eşitdilər paylaşırlar, məlumatın özü onsuz da müzakirə yaradır. Səhv və ya düz fərq etmir. Müzakirə paylaşım edənə sərf edir. Məşhurlaşmaq, gündəmdəmdə olmaq və s. Hətta rəydə məlumatın yanlış olduğunu yazsalar da, həmin şəxslər statusunu pozmur".

Samir Mirzənin sözlərinə görə, jurnalist "qışqıran" başlıq yazanda özünü bəzən inandırır ki, burada insanları aldatmır: "Amma gələn geridönüşlərdən, rəylərdən baxırıq ki, deyəsən, günah eləmişik".

Media nümayəndəsi söyləyib ki, jurnalist həm də oxucuların gündəmini tutmaq üçün bəzən qurbana çevrilir.

Verilişdə həmçinin oxucunun nəyə görə ciddi məqalələrə üz tutmamasından, problemin həlli yollarından, bayağılığın hansı səbəbdən gündəm olmasından və s. mövzulardan danışılıb.

Ətraflı videoda: 

Chosen
6
2
seherxeber.org

3Sources