EN

Ümidlə dəyişən həyatlar: Astanlıda bir ailəyə yeni ev

Bəzi insanları cəmiyyətə qazandırmaq, bəzilərinin  cəmiyyətdə yaşamasına dəstək olmaq sosial məsuliyyətin bir hissəsi olmaqla insanlıq naminə atılmış addımdır.

QHT.az xəbər verir ki, onların ailəsi beş nəfərdən ibarətdir. Övladları məktəb yaşlıdır, atanın  sağlamlıq məhdudiyyəti var, ana isə heç bir bacarığa malik deyil. Yaşadıqları evin tamamilə yarasız olması yaşam tərzini daha da ağırlaşdırırdı...

Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyi və Ümid Yolu Xeyriyyə İctimai Birliyinin əməkdaşlığı çərçivəsində Neftçala rayonu Astanlı kəndində yerləşən ev əsaslı təmir olunaraq 10 Noyabr 2024-cü il tarixində ailənin istifadəsinə verildi.

Evin əsaslı təmir işləri üç aydan çox davam edərək təmirə sərf olunan maliyyə vəsaiti Ümid Yolu Xeyriyyə İctimai Birliyi tərəfindən qarşılanmış, təmir işləri  isə Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunmuşdur.

Chosen
26
qht.az

1Sources