EN

Tramp türkəsilli bu şəxsə yüksək vəzifə verdi - Kennedi ilə birlikdə çalışacaq

ABŞ prezidenti seçilən Donald Tramp, türk əsilli tanınmış cərrah və siyasətçi Mehmet Öz "Medicare və Medicaid" Xidmət məzrkəzinin sədri təyin edib.

"AzPolitika" xəbər verir ki, bu barədə Tramp özünün "Truth" sosial şəbəkə hesabından məlumat verib.

"Medicare və Medicaid mərkəzinə Mehmet Özü təyin etdiyimi elan etməkdən çox məmnunam. Amerika sağlamlıq böhranı ilə üz-üzədir. Amerikanı yenidən sağlamlaşıdrmaq üçün Özdən daha yaxşı və bacarıqlı başqa həkim yoxdur",-deyə o, qeyd edib.

Qeyd olunub ki, 65 yaşlı Öz Trampın keçən həftə Səhiyyə Nazirliyinə təyin etdiyi kiçik Robert Kennedi ilə birlikdə çalışacaq. Tramp həmçinin bildirib ki, Kennedi və Öz birlikdə dəhşətli xroniki xəstəliklərə qarşı mübarizə aparacaqlar.

Məlumat üçün bildirək ki, sözügedən mərkəz 65 yaşından yuxarı şəxslər, aztəminatlı ailələr, uşaqlar, hamilə qadınlar və müəyyən əlilliyi olanlara səhiyyə xidməti göstərir.

"AzPolitika.info"

Chosen
24
azpolitika.info

1Sources