EN

Trampın yüksək vəzifə verdiyi türk həkimin DOSYESİ

Xəbər verdiyimiz kimi, ABŞ-ın seçilmiş prezidenti Donald Tramp türkəsilli amerikalı həkim və aparıcı Mehmet Özü “Medicare” və “Medicaid” Xidmət Mərkəzinə sədr təyin edəcək.

Turkustan.az xəbər verir ki, bu barədə siyasətçi sahibi olduğu "Truth Social" sosial şəbəkəsində bəyanat yayıb.

“Həkim Özlə uzun illərdir tanışam. Əminəm ki, o, Amerikada hər kəsin ən yaxşı səhiyyə xidmətini alması üçün mübarizə aparacaq ki, ölkəmiz yenidən Böyük və Sağlam olsun!”, – Tramp qeyd edib.

Musavat.com-un əldə etdiyi məlumata görə, Mehmet Öz 1960-cı ildə ABŞ-nın Ohayo ştatında türk ailəsində anadan olub. Atası Mustafa Öz məşhur ürək-damar cərrahı idi. Mehmet Öz tibb təhsilini Harvard Universitetində tamamlayıb, daha sonra Pensilvaniya Universitetində cərrahiyyə və biznes sahəsində ikili dərəcə qazanıb.

Karyerası ərzində Mehmet Öz ürək cərrahiyyəsi sahəsində bir çox uğura imza atıb və innovativ üsulların inkişaf etdirilməsində iştirak edib. Bununla yanaşı, o, uzun illər televiziya aparıcısı kimi geniş kütlə arasında tanınıb. “Dr. Öz Show” adlı televiziya proqramı milyonlarla izləyicinin sağlam həyat tərzi haqqında məlumatlanmasına töhfə verib.

Mehmet Öz, həmçinin bir sıra kitabların müəllifidir və müxtəlif sağlamlıq təşəbbüslərində iştirak edir. O, ABŞ-dakı türk icmasının fəal üzvü olaraq da diqqət çəkir.

Trampın bu qərarı Mehmet Özün tibb sahəsindəki təcrübəsinin ABŞ səhiyyə sisteminə yeni yanaşmalar gətirəcəyi gözləntilərini artırır.


Bizim.Media

Chosen
5
4
turkustan.az

3Sources