EN

Ağdamın azad olunması müharibənin dönüş nöqtəsi idi - Kamaləddin Qafarov

Bakı. Trend:

Azərbaycan ərazisinin 20 faizini 30 ilə yaxın işğal altındasaxlayan Ermənistan hökuməti bu müddət ərzində xalqımıza vəölkəmizə qarşı genosid, ekosid, hərbi və digər cinayət əməllərinintörədilməsinə yol vermişdir. İşğal dövründə erməni vandallığına ənçox məruz qalan bölgələrimizdən biri də Ağdam rayonu olmuşdur.

Bu sözləri Trend-əaçıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, Ermənistan dövləti müxtəlifölkələrdən olan erməniləri işğal edilmiş ərazilərdə yerləşdirməkməqsədilə qanunsuz məskunlaşma siyasəti yürüdürdü:

“1993-cü il 23 iyul tarixində ərazisinin 73 faizi işğal olunmuşAğdamın rayon mərkəzi ilə birgə 90 kəndi düşmənin əlinə keçmiş,işğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağaməcbur olmuşdur . 2010-cu ilin noyabr ayında erməni separatçılarıAğdamın adını dəyişərək “Akna“ qoymuş və rayonun işğal edilmişərazilərində xaricdən gətirilmiş 360 nəfər etnik ermənini qanunsuzolaraq məskunlaşdırmışdılar. Bu isə, beynəlxalq hüququn və CenevrəKonvensiyasının kobud şəkildə pozulması demək idi. Xaricijurnalistlər tərəfindən “Qafqazın Xirosiması” adlandırılmış Ağdamşəhərinin tamamilə dağıdılması hətta II Dünya müharibəsiningedişində belə nadir hallarda müşahidə olunmuş xüsusi qəddarlıq vəbarbarlıqdan xəbər verir. Böyük təəssüf hissi ilə də olsa etirafolunmalıdır ki, bütün bu cinayətlər faktiki olaraq aşkar şəraitdə,dünya ictimaiyyətinin gözü qarşısında baş verib”.

K.Qafarov xüsusi olaraq qeyd edib ki, rəsmi İrəvanın hərbicinayətlərinin və ermənilərin ölkəmizə və xalqımıza qarşı terrorsiyasətinin bütün işğal dövründə davam etməsini şərtləndirən əsasamillərdən biri müəyyən Qərb ölkələrinin və beynəlxalqtəşkilatların yürütdükləri ikili standartlar siyasəti olub: “ÖlkəPrezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlhamƏliyevin həyata keçirdiyi hərbi və siyasi-diplomatik strategiyanəticəsində Azərbaycan 2020-ci ilin sentyabr-noyabr aylarındaapardığı II Qarabağ savaşında həm hərbi, həm də siyasi-diplomatikmüstəvilərdə parlaq qələbələrə imza atdı. Şanlı Ordumuzun Vətənmüharibəsində əldə etdiyi tarixi Qələbə nəticəsində 10 noyabr2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın şərtlərinə əsasən həminil noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycanatəhvil verildi və bununla da əsaslı şəkildə insan tələfatınınqarşısı alındı. Bu, Prezident İlham Əliyevin birbaşa səylərinəticəsində Azərbaycan diplomatiyasının əldə etdiyi böyük nailiyyətidi. 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medaltəsis edildi. Dövlət başçımızın sərəncamları ilə AzərbaycanRespublikası Silahlı Qüvvələrinin 5790 hərbi qulluqçusu “Ağdamınazad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Prezident İlhamƏliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən 20 noyabrAğdam Şəhəri Günü kimi müəyyən olunub. Bu gün Ağdam yenidən bərpaedilərək Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrilməkdədir.Möhtərəm dövlət başçımızın dediyi kimi, indi Ağdam üçün yeni dövrbaşlayıb və bu dövr işğaldan azad olunmuş bütün bölgələrimizinmöhtəşəm inkişafı ilə səciyyələnir” .

Məqalədə:
Chosen
28
16
az.trend.az

10Sources