EN

İranlı sürücüləri Əfqanistandan qayıda bilmir: Ailələr etiraz etdilər

3 aydır ki, 100 nəfər iranlı yanacaq tankeri sürücüsü iranlı Əfqanistanın İslam qala gömrüyündə ilişib qalıb və İran tərəfi onların geri qaytarılması üçün heç bir addım atmır.

Bu barədə sürücülərin ailə üzvləri məlumat yayıb.

Məlumata görə, sürücülər Əfqanistana yanacaq aparıblar və Taliban hökuməti yanacağın keyfiyyətsiz olduğu bildrərək onu qəbul etməkdən, sürücülərlərin geri qayıtmasına icazə verməkdən imtina edir.

Sürücülərin ailələrinin etirazlarından sonra İran tərəfi məsələdən məlumatlı olduqlarını və problemin həllinə çalışdıqlarını bildiriblər.

Ailələri sosial mediadakı paylaşımlarında hakimiyyətin sürücülərin taleinə laqeyd yanaşdığını və onların hüquqlarının təmini üçün heç bir addım atmadığını deyiblər.

Qeyd edək ki, Taliban hökuməti bu günə kimi dəfələrlə İran yanacağını keyfiyyətsiz olduğuna görə geri göndərib.

visiontv.az



Chosen
21
visiontv.az

1Sources