EN

"İndi bizim iki prezident üçün xüsusi qorunan rabitə kanalımız var" - Peskov

1962-ci ildə Kuba raket böhranından sonra Sovet və Amerika liderləri üçün yaradılmış ABŞ-Sovet Qaynar xəttindən hazırda istifadə edilmir.

 

Sfera.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

 

"İndi bizim iki prezident üçün xüsusi qorunan rabitə kanalımız var. Üstəlik [onun] hətta videokonfrans formatı [seçimi var]", - Peskov əlavə edib.

 

Kremlin rəsmi saytının məlumatına görə, Rusiya Prezidenti Vladimir Putinlə amerikalı həmkarı arasında son telefon danışığı 2022-ci il fevralın 12-də baş tutub.
Vaşinqton-Moskva qaynar xətti Kuba raket böhranından sonra SSRİ və ABŞ liderləri arasında təcili danışıqlar üçün yaradılıb. 1963-cü il avqustun 30-da fəaliyyətə başlayıb.


Soyuq Müharibə dövründə bu xətt fövqəladə hallar üçün düzgün istifadə olunurdu, lakin son illərdə Rusiya və ABŞ prezidentləri lazım gəldikdə birbaşa telefonla əlaqə saxlayırlar. 2016-cı ildə media ABŞ prezidenti səlahiyyətlərini icra edən Barak Obamanın ABŞ seçkilərinə kibermüdaxilə ilə bağlı vəziyyəti müzakirə etmək üçün, guya, “qırmızı telefon”dan istifadə etdiyini bildirib. Lakin Kreml bunu təkzib edərək, söhbətin adi qapalı xətt vasitəsilə aparıldığını izah edib.

 

Firuzə Əliyeva
 

 

Chosen
33
50
sfera.az

10Sources