EN

Parlamentin əməkdaşına yeni vəzifə VERİLDİ - FOTO

Prezident İlham Əliyevin sərəncamı ilə ötən gün bir sıra məhkəmələrə hakimlər təyin edilib. 

 

Modern.az-ın məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakim təyin edilən Bəhruz Məhərrəmov Milli Məclisin əməkdaşıdır.

 

Hüquqşünas 1991-ci ildə anadan olub. O, parlamentdə Milli Məclis Sədrinin müavininin köməkçisi vəzifəsini tutur.

 

Bəhruz Məhərrəmov dövlət qulluğunun kiçik müşaviri ixtisas dərəcəsinə malikdir.

 

1397108

Chosen
24
21
modern.az

10Sources