EN

Almaniyada hakimiyyət davası: Şolts yenidən nanizəd olacaq?

Almaniyanın hakim partiyası kansler Olaf Şoltsun yeni müddətə namizəd olub-olmaması məsələsini müzakirə edir...

Poliqon Bild-ə istinadən xəbər verir ki, bu gün Berlin vaxtı ilə saat 20:15-dən sonra hazırkı hakim koalisiyaya rəhbərlik edən Almaniya Sosial Demokrat Partiyasının (SPD) rəhbərliyi dar çərçivədə iclasa toplaşacaq. 

Gündəlikdəki yeganə məsələ fevralda keçiriləcək növbədənkənar seçkilərdə partiyanın namizədinin kim olmasıdır. Bundan əvvəl Olaf Şolts yeni müddətə yenidən seçilmək niyyətində olduğunu bildirmişdi. Amma onun reytinqi çox aşağıdır. Digər sosial-demokrat, müdafiə naziri Boris Pistoriusun reytinqi ondan xeyli yüksəkdir.

SPD liderlərinin əksəriyyəti Şoltsa dəstəyini davam etdirir. Lakin bəzi regional hücrələr və keçmiş xarici işlər naziri Ziqmar Qabriel kimi tanınmış sosial demokratlar buna qarşı çıxır. Rusiya ilə əlaqələrinə görə bir çoxları tərəfindən tənqid edilən 80 yaşlı keçmiş kansler Gerhard Şröder də müzakirəyə müdaxilə edib.

O, Süddeutsche Zeitung qəzetinə deyib: "Əvəz edilə bilməyən hazırkı kanslerlə bağlı hər hansı müzakirə hamı üçün zərərlidir. Partiya öz kanslerini sıradan çıxara bilməz".

Poliqon.info

Chosen
12
poliqon.info

1Sources