EN

"Sahibkarların qanunsuz və uçotsuz fəaliyyətinin qarşısı alınacaq" - Xidmət rəisi

Azərbaycanda mikrosahibkarlıq fəaliyyəti üçün yeni yanaşmalar tətbiq ediləcək.

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib.

O bildirib ki, yeni yanaşmalar özəl sektorda çalışan bir çox sahibkarlar üçün vacib və gözlənilən dəyişiklikdir.

“Ölkəmizin beynəlxalq reytinqlərdə vəziyyətinin yaxşılaşdırılması üçün də dəyişikliklər nəzərdə tutulub. Ölkəmizdə qanunvericilik sahəsində gözləntilər mövcuddur. Bazarlarda fəaliyyət göstərən sahibkarların qanunsuz və uçotsuz fəaliyyətinin qarşısı alınacaq”, - deyə Xidmət rəisi qeyd edib.

Chosen
23
6
unikal.az

9Sources