EN

Tramp Rusiyaya qarşı sanksiyaları ləğv edə bilər

"ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Ukraynadakı münaqişə həll olunarsa, ABŞ-nin Rusiyaya qarşı sanksiyalarının bir qismini ləğv edə və ya yumşalda bilər". 

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bu barədə adının açıqlanmasını istəməyən Trampın keçid komandasının nümayəndəsi məlumat yayıb.

Onun sözlərinə görə, Trampın rəhbərlik etdiyi yeni ABŞ administrasiyasının həm Rusiya, həm də Ukraynaya yanaşması birtərəfli olmayacaq.

O, həmçinin Trampın Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski ilə birbaşa əlaqə saxlamağa çalışacağını istisna etməyib.

Gülşən Şərif

Chosen
8
bakivaxti.az

1Sources