Azərbaycanın ev sahibliyi ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) davam edir. Bu gün konfransın onuncu günüdür.
COP29-un bitməsinə bir neçə gün qalıb. Buna baxmayaraq konfransa ilk günkü kimi maraq var.
Bizim.Media xəbər verir ki, Bakıda Olimpiya Stadionunda keçirilən konfrans və iclaslarda iştirak etmək üçün dünyanın 190 ölkəsindən nümayəndə heyəti qatılıb.
Hazırda iqlim dəyişikliyi ilə bağlı görüşlərdə rəsmi şəxslər, icma nümayəndələri, qeyri -hökumət təşkilatları üzvləri və digər şəxslər iştirak edirlər.
Günay Şahmar, Bizim.Media