EN

Rusiyadan bu ölkə vətəndaşları ilə bağlı qadağa

Rusiyanın Federasiya Şurası rusiyalı uşaqların cinsiyyətin dəyişdirilməsinə icazə verən ölkələrin vətəndaşları tərəfindən övladlığa götürülməsini və yaxud həmin şəxslərin qəyyumluğuna verilməsini qadağan edən qanunu təsdiqləyib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, Federasiya Şurasının plenar iclasında senatorlar yekdilliklə sözügedən qanun lehinə səs veriblər. 

Həmçinin qanuna əsasən, bu cür ölkələrdə daimi yaşayış yerinə sahib vətəndaşlığı olmayan şəxslər də rusiyalı uşaqları övladlığa və qəyyumluğa götürə bilməz. 

Qanun rəsmi dərc olunduğu gündən qüvvəyə minəcək.

Xatırladaq ki, Rusiya Dövlət Duması noyabrın 12-də ikinci və üçüncü oxunuşda həmin qanunu qəbul edib. Rusiyadan uşaq övladlığa və qəyyumluğa uşaq götürülməsi ilə bağlı qadağa Avstraliya, Avstriya, Argentina, Belçika, Böyük Britaniya, Almaniya, Danimarka, İslandiya, İspaniya, İtaliya, Kanada, Norveç, Findlandiya, İsveçrə, Estoniya və digər ölkələrin vətəndaşlarına şamil ediləcək.

Dumanın spikeri Vyaçeslav Volodinin sözlərinə görə, 1993-cü ildən xarici ölkə vətəndaşları 102,4 min rusiyalı uşağı övladlığa götürüb. 

Chosen
5
4
qafqazinfo.az

5Sources