EN

Ağdamın gələcəyi həm iqtisadi, həm də sosial baxımdan parlaq olacaq



Bu gün Azərbaycan tarixində mühüm bir gündür. 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli bəyanatın icrası çərçivəsində Ağdam şəhərinin 27 illik işğalına son qoyuldu. Bir güllə belə atılmada şəhərin 20 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələrinə təhvil verilməsi ölkəmiz üçün böyük bir strateji və diplomatik qələbə oldu. Bu gün müharibə nəticəsində doğmalarını və torpaqlarını itirmək acısı ilə yaşayan xalqımızın əzmkar mübarizəsi nəticəsində qazanılan qələbənin simvolu olaraq tarixə düşdü.
Ermənilər tərəfindən tamamilə məhv edilən bu qədim şəhərin bərpası və yenidən qurulması istiqamətində dövlətimiz tərəfindən çox böyük layihələr həyata keçirilir. Müharibədən yeni çıxmış bir ölkə olaraq işğaldan azad edilən bütün torpaqlarımızda paralel olaraq həyata keçirilən müasir standartlara uyğun və böyük miqyaslı tikinti-quruculuq işləri ölkəmizin siyasi, hərbi və iqtisadi qüdrətinin bariz nümunəsidir.
Bütün işğaldan azad olunan ərazilərimizdə, o cümlədən Ağdamda aparılan quruculuq işləri sakinlərin həyatını yaxşılaşdırmağa, iş imkanlarını artırmağa və regionun iqtisadi inkişafını təmin etməyə yönəlib. İcra olunan layihələr fiziki şəraitinin yaxşılaşdırılması ilə yanaşı, əhalinin sosial və mədəni həyatına da müsbət təsir göstərəcək. Beləliklə, Ağdamın gələcəyi həm iqtisadi, həm də sosial baxımdan parlaq olacaq.

İlkin Əliyev, YAP Zərdab rayon təşkilatının sədri
Chosen
19
newscenter.az

1Sources