EN

Qlobal ərzaq təhlükəsizliyinin təminatında COP29 çərçivəsində görülən işlər mühüm rol oynayacaq

Bakı. Trend:

Dünyanın getdikcə ən aktual probleminə çevrilən iqlim böhranıdigər fəsadlarla yanaşı, qlobal ərzaq təhlükəsizliyinə də təsirinisürətlə artırır. Artan temperatur, qeyri-sabit hava şəraiti vəekstremal iqlim hadisələri gücləndikcə, bütün dünyada kəndtəsərrüfatı daha böyük təzyiqlər və təhdidlərlə üzləşir. Beləşəraitdə təhlükəsiz şəkildə lazımi həcmdə qidanın əldə olunması,ərzaq təhlükəsizliyi böyük risk altına düşür. Bu mənada təsadüfideyil ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında(COP29) ətraf mühitdə baş verən dəyişikliklər, bunun ərzaqtəhlükəsizliyinə təsiri əsas müzakirə predmetlərindən birini təşkiledib. COP29 çərçivəsində baş tutan “NDC 3.0 aqrar-qida sistemi üzrəiqlim ambisiyası və fəaliyyətinin gücləndirilməsi”nə dair panelmüzakirələrdə bu məsələyə geniş diqqət ayrılıb.

Tədbirdə NDC 3.0 və ya 3-cü Milli Səviyyədə Müəyyən EdilmişTöhfələr üzrə aqro-ərzaq sisteminin iqlim ambisiyası vəfəaliyyətinin təkmilləşdirilməsinə dair müzakirələr aparılıb və buda təsadüfi xarakter daşımır. Məsələ burasındadır ki, iqlimdəyişikliyi, o cümlədən quraqlıqlar, daşqınlar və ərzaqtəhlükəsizliyini təhdid edən dəyişkən hava şəraiti kənd təsərrüfatıüçün ciddi problemlər yaradır. Bu da öz növbəsində qida təminatına,ərzaq təhlükəsizliyinə ciddi surətdə təsir göstərir. Çünki kəndtəsərrüfatı sabit hava modellərindən çox asılıdır və bu da onuiqlim dəyişikliyinə xüsusilə həssas edir.

Bəllidir ki, buğda, düyü və qarğıdalı kimi bir çox ərzaqbitkiləri böyümə üçün optimal temperatur intervallarına malikdir.Bu hədləri aşdıqda məhsuldarlıq əhəmiyyətli dərəcədə azalır.Məsələn, araşdırmalar üzə çıxarır ki, qlobal temperaturun 2 dərəcəSelsi artması tropik bölgələrdə qarğıdalı məhsuldarlığını 10 faizəqədər azalda bilər. Yağışların miqdarının dəyişməsi isə bəziərazilərdə su çatışmazlığına, digərlərində isə daşqınlara səbəbolur, əkin və məhsul yığımı dövrlərini pozur. Qasırğalar, istidalğaları və meşə yanğınları məhsulu məhv edir, torpağınmünbitliyini azaldır və qida tədarükü zəncirini pozur. Bundanəlavə, iqlim böhranı zərərvericilərin və xəstəliklərin yayılmasınıgücləndirir. Daha isti iqlim invaziv növlərin və patogenlərin yenibölgələrdə inkişaf etməsinə imkan verir və kənd təsərrüfatıməhsuldarlığını daha da azaldır.

İqlim böhranı qlobal miqyasda ərzaq təhlükəsizliyinə təsir etsədə, onun təsiri aşağı gəlirli ölkələrdə qeyri-mütənasib şəkildəhiss olunur. Bu bölgələrin çoxu iqlim dəyişkənliyinə çox həssasolan, yağışla qidalanan kənd təsərrüfatından asılıdır. Məsələn,Afrikada Böyük Səhranın cənubunda yerləşən ölkələrdə həmbitkiçilik, həm də heyvandarlıq sahəsini təhdid edən uzun sürənquraqlıq və səhralaşma səbəbindən qida təminatında problemləryaşanır. Ərzaq məhsullarının əhəmiyyətli bir hissəsini istehsaledən kiçik fermerlər iqlim dəyişmələrinə xüsusilə həssasdırlar.Onlar tez-tez suvarma sistemləri, qabaqcıl əkinçiliktexnologiyaları və maliyyə kimi resurslara çıxış əldə edəbilmirlər, bu da onların dəyişən şərtlərə uyğunlaşmasındaçətinliklər yaradır.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının nümayəndəsi KavehZahidi də COP29 çərçivəsində etdiyi çıxışında iqlim böhranınınərzaq təhlükəsizliyini və əhalinin ən həssas təbəqələrini təhdidetdiyini qeyd edib. O bildirib ki, dünyadakı ifrat yoxsulinsanların 80 faizi kənd yerlərində yaşayır və bərabərsizliyidərinləşdirən hadisələrlə daha tez-tez üzləşirlər: “Davamlı kəndtəsərrüfatı sistemləri insanları təhlükədən çıxara və iqlim,biomüxtəliflik, torpaq və aclıq kimi bir-biri ilə əlaqəliproblemləri həll edə bilər”. O qeyd edib ki, BMT-nin Ərzaq və KəndTəsərrüfatı Təşkilatının apardığı qlobal təhlil iqlimə davamlılıqüçün aqro-ərzaq sistemlərinin tam potensialını məhdudlaşdıranemissiyalar, kapital və maliyyə boşluqlarını aşkar edir. Bu fondaBMT-nin Ümumdünya Ərzaq Proqramı hesab edir ki, təcili tədbirlərgörülməsə, iqlim dəyişikliyi 2050-ci ilə qədər əlavə 80 milyoninsanı aclığa sürükləyə bilər.

Təbii ki, iqlim böhranının ərzaq təhlükəsizliyinə təsirləri kəndtəsərrüfatından kənarda daha geniş iqtisadi və sosial sistemləriəhatə edir. Azalan kənd təsərrüfatı məhsuldarlığı ərzağın qiymətiniartırır və belə hal xüsusilə ev təsərrüfatlarının gəlirlərininböyük bir hissəsinin ərzağa xərcləndiyi regionlarda problemlərinmiqyasını genişləndirir. Ərzaq təhlükəsizliyinin təminatındaproblemlər eyni zamanda sosial və siyasi qeyri-sabitliyə əlverişlizəmin yaradır. Resurs çatışmazlığı əkinə yararlı torpaq, su vədigər həyati resurslar üzərində münaqişələrə də yol açır. Məsələn,uzun sürən quraqlıq və ərzaq çatışmazlığı Yaxın Şərq və ŞimaliAfrika kimi bölgələrdə iğtişaşlara və miqrasiyaya yol açır. İqlimböhranının ərzaq təhlükəsizliyinə təsirinin aradan qaldırılmasıuyğunlaşma, təsirin azaldılması və sistem dəyişikliyini birləşdirənçoxşaxəli yanaşma tələb edir. Elə COP29-da da bu məsələlər xüsusidiqqət mərkəzində yer alır, uğurlu nümunələrin geniş tətbiqininvacibliyi ön plana çəkilir. Sözügedən müstəvidə ən yaxşınümunələrdən birinin müəllifi isə Azərbaycandır. Ölkəmizdə kəndtəsərrüfatını daha dayanıqlı etmək üçün su idarəçiliyinitəkmilləşdirmək, daha təmiz enerjiyə keçid etmək və iqlimproblemlərinə uyğunlaşmaqda fermerlərə dəstək göstərilir.

Azərbaycanın yenilənmiş Milli Səviyyədə Müəyyən EdilmişTöhfələrdə kənd təsərrüfatı üçün daha iddialı hədəfləri nəzərdətutulur. Emissiyaların azaldılmasına, fermerlərin dayanıqlılığınınartırılmasına və təbii sərvətlərin qorunmasına xüsusi diqqətyetirilir. Bu təcrübənin geniş miqyasda tətbiqi mühüm önəm kəsbedir. Məsələn, səmərəli suvarma sistemləri, yağış suyunun yığılmasıvə qrunt sularının davamlı istifadəsi hətta quru şəraitdə də kəndtəsərrüfatı üçün suyun mövcudluğunu təmin etməyə kömək edəbilər.

Araşdırmalar göstərir ki, qlobal miqyasda istehsal olunan bütünqidaların təxminən üçdə biri israf edilir. Təchizat zəncirləriboyunca ərzaq itkisinin və tullantıların azaldılması kəndtəsərrüfatı sistemləri üzərində təzyiqi azaltmaq və qidaya çıxışıyaxşılaşdırmaq iqtidarındadır. Ümumiyyətlə, iqlimə davamlı kəndtəsərrüfatına sərmayə qoymaq, davamlı təcrübələri və qlobaləməkdaşlığı təşviq etməklə qida təminatı, ərzaq təhlükəsizliyi iləbağlı riskləri əhəmiyyətli dərəcədə azaltmaq mümkündür. Bu,COP29-un da əsas məqsədlərindən biridir.

MTM Analitik Qrupu

Məqalədə:
Chosen
9
1
az.trend.az

2Sources