EN

Litvalı nazir müavini: 2050-ci ilə qədər tam energetik müstəqilliyə nail olmağı planlaşdırırıq

Litva 2050-ci ilə qədər tam energetik müstəqilliyə nail olmağı və ölkə daxilində 100% elektrik enerjisi istehsal etməyi planlaşdırır.

APA xəbər verir ki, bunu Litva nəqliyyat və kommunikasiya nazirinin müavini Aqne Vaiciukeviçiyute "Şəhər nəqliyyatının yaşıllaşdırılması" mövzusunda yüksək səviyyəli dəyirmi masada çıxışı zamanı bildirib.

"Litva 2050-ci ilə qədər tam energetik müstəqilliyə nail olmağı və ölkə daxilində 100% elektrik enerjisi istehsal etməyi planlaşdırır. Bu keçid davamlılığı gücləndirmək, xarici enerji mənbələrindən asılılığı azaltmaq və milli təhlükəsizliyi artırmaq üçün vacibdir. Energetik müstəqillik iqlim dəyişikliklərinə uyğunlaşma səyləri ilə birləşir, çünki o, davamlı təcrübələri təşviq edir və bərpa olunan enerji mənbələrinə keçidi dəstəkləyir. Bu iddialı hədəfə sadiqlik göstərir ki, energetik təhlükəsizlik və iqlim müdafiəsi tədbirləri bir-birini tamamlayaraq digər ölkələr üçün nümunə ola bilər", - deyə o bildirib.

Chosen
24
apa.az

1Sources