UEFA Millətlər Liqasının qrup mərhələsinin son turunda Azərbaycanı 6:0 hesabı ilə məğlub edən İsveç millisinin hücumçusu Viktor Dyökereş həmyerlisi Zlatan İbrahimoviçin uğurunu təkrarlayıb.
Fanat.Az xəbər verir ki, "Sportinq"in 26 yaşlı forvardı bunu təmsilçimizin qapısına 4 dəfə yol tapmaqla bacarıb.
O, 12 ildən sonra İsveç yığmasının forması ilə bir qarşılaşmada 4 qol vuran ilk oyunçudur. İbrahimoviç 2012-ci ildə İngiltərə ilə yoldaşlıq görüşündə, 2004-cü ildə isə DÇ-2006-nın seçmə mərhələsində Malta ilə matçda pokerlə yadda qalıb.