EN

"Neftçalada əhalinin sosial vəziyyəti çox ağırdır"

"Keçmiş iqtisadçı olaraq büdcəmizin artmasını dövlətimizin idarəçiliyinə bağlayıram". SİA xəbər verir ki, bu sözləri deputat Tənzilə Rüstəmxanlı deyib.

Onun sözlərinə görə, 25 il əvvəl Azərbaycan dövlətinin büdcəsi 650 milyon manat idi: "İndi 635 milyon manat təkcə mədəniyyət sahəsinə ayrılıb. Dövlətimizin qüdrətini dəstəkləmək, onun uğurlarına sevinmək hamımızın borcudur. Bütün bunlar millətimizə xidmət etməyə kömək olmalıdır. Qeyri-neft sektorunun inkişafı əsas göstəricilərdən biridir.

Onu da demək istəyirəm ki, deputatı olduğum neft, balıq, yod, duz ilə zəngin olan bir bölgədə əhalinin sosial vəziyyəti çox ağırdır. Əsas da işsizlik problemi var. Azərbaycanda işsizlik getdikcə artır. Birinci növbədə iş yerləri açılmalıdır. Yüzdə doxsan faiz insanlar ancaq məndən iş istəyirlər. Olmaz ki, təbii duzun bol olduğu bölgədə duz zavodu açılsın. Bu həm də iş yeri deməkdir.

Pambıq bölgəsidir seçildiyim bölgə. Olmaz ki, orada böyük zavod açılsın. Turizm bölgəsidir, amma şərait yoxdur. Bakıdan iki saatlıq aralı yerləşən bölgədir. Mən həmin bölgədə insanların dövlətə qəzəbli olduğunun şahidi oldum. Neftçala kimi bölgədə susuzluq probleminin şahidi oldum. Bu məsələ demək olar ki, həllini tapıb. 2021-ci ildə qədər Neftçalada su problemi olub.

Bəzi kəndləri var ki, qaz yoxdur. Görüşdüm, dedilər ki, maliyyə yoxdur. 157 milyon manat büdcə lazımdır. Qaz çəkməyə mane olan yerlərdən biri də evlərin sənədsiz olmasıdır".

"Sovetlər vaxtından qalan çox gözəl mədəniyyət evləri var, lakin qəza vəziyyətindədir. 1000 kitabxana sayı azalıb. Ümumiyyətlə, mədəniyyətə ayrılan büdcə artmalıdır" - deyə o, əlavə edib.

Chosen
174
2
sia.az

3Sources