EN

“NATO ölkələrinin Rusiya daxilində zərbə endirmək cəhdləri cəzasız qalmayacaq” - Sergey Narışkin

“Ayrı-ayrı NATO ölkələrinin Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın dərinliklərində uzaqmənzilli zərbələrinin təmin edilməsində iştirak etmək cəhdləri cəzasız qalmayacaq”.

Missiya.Az xəbər verir ki, bunu Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Rusiyanın “Milli müdafiə” jurnalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiyanın nüvə silahından istifadəsinin səbəblərinin siyahısını genişləndirmək onu döyüş meydanında məğlub etmək imkanını faktiki olaraq aradan qaldırır.

Narışkin qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinin “Rusiya Federasiyasının nüvə silahının qarşısının alınması sahəsində dövlət siyasətinin əsasları”na düzəlişlər haqqında bəyanatı Qərb tərəfindən ehtiyatla qarşılandı. 

Daşqın HəsənovMissiya.Az

Chosen
10
missiya.az

1Sources