EN

Qarabağ və Şərqi Zəngəzur Azərbaycan iqtisadiyyatının yeni drayveri: "Böyük Qayıdış"

"Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı ordumuzun Vətən müharibəsində qazandığı qələbə nəticəsində Ermənistanın kapitulyasiya aktını imzalaması və Kəlbəcər, Laçın və Ağdam rayonunun işğal altında qalan hissəsini bir güllə atmadan Azərbaycana təhvil verməsi, bir tərəfdən, Azərbaycanın gücünü göstərməklə yanaşı, həmin ərazilərimizin yeni mərhələyə qədəm qoymasına gətirib çıxarıb".

Bunu şərhində Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, artıq həmin ərazilərimizdə məskunlaşma həyata keçirilir, infrastrukturun formalaşması və iqtisadiyyatın reinteqrasiyası prosesi başlayıb.

"Böyük Qayıdış" proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərimizdə bərpa-abadlıq və eləcə də quruculuq işləri həm də məşğulluğun intensivləşməsinə və yeni iş yerlərinin yaradılmasına xidmət edir. 2026-cı ilin sonunadək həmin ərazilərimizdə 140 000 keçmiş məcburi köçkünün məskunlaşacağını nəzərə alsaq, bu, həmin ərazilərimizin yenidən ölkə iqtisadiyyatına geri qayıtması, reinteqrasiyası anlamına gəlir.

Ölkə Prezidentinin ötən dörd il ərzində işğaldan azad olunmuş ərazilərimizə səfərləri və bu səfərlər zamanı məhz onun tapşırıq və göstərişinə uyğun olaraq infrastrukturun qurulması, eləcə də həm məskunlaşmaya, həm yeni iş yerlərinin yaradılmasına xidmət edən təməlqoyma mərasimlərinin keçirilməsi birmənalı şəkildə ondan xəbər verir ki, Qarabağ və Şərqi Zəngəzur yeni mərhələyə qədəm qoyur".

V.Bayramov onu da vurğulayıb ki, yeni mərhələdə Qarabağ və Şərqi Zəngəzur Azərbaycan iqtisadiyyatında drayverlərdən birinə çevriləcək.

"İlkin qiymətləndirmələrə görə, Azərbaycan iqtisadiyyatının təxminən 10%-i həcmində işğaldan azad olunmuş ərazilərimizin yeni dəyər yaratma potensialı var. Bu o deməkdir ki, Qarabağ və Şərqi Zəngəzur bərpa-yenidənqurma prosesindən sonra bütövlükdə 10 mlrd. manatdan artıq yeni dəyərin formalaşmasına və Azərbaycan iqtisadiyyatının reinteqrasiyasına töhfə verə biləcək", - deyə deputat bildirib.

(oxu.az)

Chosen
8
2
avtosfer.az

3Sources