EN

Trüdo G20 bəyanatlarından narazılığını ifadə edib

Kanadanın baş naziri G20 sammitinin bəyannaməsində Rusiya-Ukrayna müharibəsi ilə bağlı fikirlərdən narazıdır. 

Bakıvaxtı.az xəbər verir ki, CBC-nin məlumatına görə, Trüdo 19-cu G20 Liderlər Zirvəsinin keçirildiyi Braziliyada jurnalistlərə açıqlamalar verib.

Onun sözlərinə görə, G20 Sammiti bəyannaməsində Rusiya-Ukrayna müharibəsi ilə bağlı ifadələr kifayət qədər zəifdir. Nazir G7 ölkələrinin Rusiyanın Ukraynanı qanunsuz işğalını kəskin şəkildə pislədiyini bəyan edib.

Əli Hüseynov

 

Chosen
9
bakivaxti.az

1Sources