EN

Orta Dəhlizin "yaşıl" dəhlizə transformasiyası AİİB-nin mandatına uyğundur – Direktor İnvestisiyalar üzrə

Bakı. Trend:

Orta Dəhlizin regional "yaşıl" dəhlizə çevrilməsi tamamilə Asiyaİnfrastruktur İnvestisiyaları Bankının (AİİB) mandatınauyğundur.

Trend xəbər verir ki, bubarədə AİİB-nin investisiyalar üzrə direktoru Olivye Uden COP29çərçivəsində keçirilən "Dayanıqlı əlaqəlilik yolları: AsiyadaQarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM),onun üzv dövlətlərinin və Asiyanın regional təşkilatlarınıntəhlükəsiz, səmərəli və iqlim dəyişikliyinə davamlı nəqliyyatdəhlizlərinin təmin edilməsi istiqamətində səyləri" mövzusundapanel müzakirədə bildirib

"Orta Dəhlizin regional "yaşıl" dəhlizə çevrilməsi tamamiləAİİB-nin mandatına uyğundur və biz bu dəhlizin Asiya və Avropabazarları üçün əsas və etibarlı nəqliyyat marşrutuna çevrilməsiüçün Azərbaycanın modernləşdirmə səylərini dəstəkləməyə hazırıq.Biz, həmçinin, bu məqsədə nail olmaq üçün AİB, CARES və Aİ iləyanaşı digər inkişaf tərəfdaşlarımızla əməkdaşlığa hazırıq", - deyəO.Uden vurğulayıb.

Qeyd edək ki, Orta Dəhliz Asiyanı və Avropanı birləşdirən, Şimalvə Cənub dəhlizlərinə alternativ kimi region ölkələrindən keçənticarət və nəqliyyat marşrutudur.

Marşrut Çindən başlayaraq Mərkəzi Asiya ölkələri – Qazaxıstan,Özbəkistan və Türkmənistandan keçir, daha sonra Xəzər dənizinikeçərək Azərbaycan, Gürcüstan və Türkiyəni əhatə edir və Avropayaçatır.

Xatırladaq ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
26
az.trend.az

1Sources