EN

Norveç vəliəhd şahzadəsinin oğlu zorlama ittihamı ilə saxlanılıb

Norveç vəliəhd şahzadəsi Mette-Maritin oğlu Marius Borq Hoibinin Osloda "huşunu itirmiş və ya başqa səbəblərdən hərəkətə müqavimət göstərə bilməyən birinə cinsi təcavüz etməkdə" ittihamı ilə saxlanılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Oslo polisi məlumat yayıb.

Polis rəsmiləri zorlama iddiasının vaxtı ilə bağlı məlumat verməsə də Norveç mediası kral titulu və ya rəsmi vəzifəsi olmayan Hoibinin ittihamı rədd etdiyini bildirib.

Zorlandığı iddia edilən qadının vəkili Hege Salomon müvəkkilinin çətin günlər keçirdiyini deyib.

Saxlanma hadisəsi ilə bağlı kral sarayından açıqlama verilməyib.

Bildirilir ki, Hoibi əvvəllər də avtomobili vəsiqəsiz idarə etmək, başqalarına zərər vurmaq kimi müxtəlif qanun pozuntularına yol verib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Chosen
33
2
ikisahil.az

3Sources