Almaniyanın "Dinamo" klubunun azərbaycanlı hücumçusu Rüfət Dadaşovun komandası Berlin Kubokunun 1/8 final mərhələsində "Delay Sports"u 12:0 hesabı ilə məğlub edib.
Fanat.Az xəbər verir ki, bu oyunda rəqib qapısına 2 dəfə yol tapan Dadaşov yubiley qolunu vurub.
Azərbaycan millisinin 33 yaşlı sabiq forvardı paytaxt təmsilçisinin forması ilə 50 və 51-ci qollarına imza atıb. Rüfət bu sayda qolu 75 matçda vurub.
Xatırladaq ki, Dadaşov 2017/2018 mövsümündə də "Dinamo"da çıxış edib. O, indiki klubuna ötən mövsüm qayıdıb.
Nihat