EN

Gərginlik artır: ABŞ-ın Kiyevdəki səfirliyi bağlandı

ABŞ-ın Kiyevdəki səfirliyi noyabrın 20-də potensial ciddi hava hücumu ilə bağlı konkret məlumat alıb.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Kiyevdəki səfirliyi məlumat yayıb.

“Ehtiyat tədbiri olaraq, səfirlik bağlanacaq və əməkdaşlara yerində sığınacaq tapşırılacaq. Səfirlik ABŞ vətəndaşlarına hava hücumu xəbərdarlığı zamanı dərhal sığınmağa hazır olmağı tövsiyə edir”, - səfirlik qeyd edib.

Qeyd edək ki, Kiyevə Rusiyanın dərinliklərinə ATACMS-la zərbə endirilməsinə icazə verildikdən sonra ABŞ-ın Ukraynadakı səfirliyinə hücum təhlükəsi ilə bağlı bu açıqlama diqqət çəkib.

Chosen
13
axar.az

1Sources