EN

Azərbaycan və Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı Orta Dəhlizin inkişafını müzakirə edib

 

Azərbaycan və Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı arasında Orta Dəhlizin inkişafı müzakirə edilib.

Missiya.Az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, müzakirələr ölkəmizdə səfərdə olan İttifaqın Baş katibi Umberto de Pretto ilə görüşdə baş tutub.

"Orta Dəhlizin inkişafı və rəqəmsallaşdırılması üzrə müvafiq tədbirlərin görülməsi istiqamətində təşkilatla Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsini müzakirə etdik. Azərbaycanlı mütəxəssislərin təşkilatda işə cəlb edilməsi məsələlərinə dair fikir mübadiləsi apardıq", - deyə nazir qeyd edib.

Chosen
7
4
missiya.az

5Sources