EN

Azərbaycanda işsizlik səviyyəsi artır - Tənzilə Rüstəmxanlı

Azərbaycanda işsizlik səviyyəsi artır. Bunu Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı deyib. 
 
"İşsizlik səviyyəsi artır. Yeni iş yerləri açılmalıdır. Qəbuluma gələnlərin 95%-i məndən iş istəyir. OLmazmı aran bölgəsində duz emalı zavodu yaradaq. Neftçalada həmçinin pambıq zavodu var. Paralel olaraq tikiş zavodu da yarada bilərik. Bu həm yeni iş yerlərinin açılması deməkdir", - deputat Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.
 
Deputat Neftçalanın bəzi yerlərində illərlərdir qaz olamasını da diqqətə çatdıraraq bildirib ki, həmin kəndlərin qazlaşdırılması üçün 150 milyon manat vəsait lazımdır. 
 
Rüstəmxanlı mədəniyyət sahəsinə ayrılan vəsaiti də diqqətə çatıdıraraq vurğulayıb ki, ayrılan vəsaitin 90%-i əməkhaqqları üçün nəzərdə tutulub. 
 
"Kitabxanaların sayı getdikcə azalır. Bu məsələni diqqətdə saxlamalıyıq. Büdcənin 90%-i əməkhaqqları üçün nəzərdə tutulub", - o əlavə edib. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Chosen
20
anews.az

1Sources