EN

Çin "Bir Kəmər, Bir Yol" təşəbbüsü çərçivəsində beynəlxalq avtomobil daşımaları üzrə sazişlər imzalamağı planlaşdırır

Bakı. Trend:

Çin "Bir Kəmər, Bir Yol" təşəbbüsü çərçivəsində beynəlxalqavtomobil daşımaları üzrə tərəfdaşlarla sazişlər imzalamağıplanlaşdırır.

Trend xəbər verir ki, bubarədə Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Tsyu Sinli COP29çərçivəsində keçirilən "Dayanıqlı əlaqəlilik yolları: AsiyadaQarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM),onun üzv dövlətlərinin və Asiyanın regional təşkilatlarınıntəhlükəsiz, səmərəli və iqlim dəyişikliyinə davamlı nəqliyyatdəhlizlərinin təmin edilməsi istiqamətində səyləri" mövzusundapanel müzakirədə bildirib

"Çin sərhəd idarəçiliyi, sərhəd-keçid məntəqələrinin istismarıvə transsərhəd obyektlərin tikintisi kimi sahələrdə əməkdaşlıq üzrəbir çox saziş imzalayıb. Çinin miqrasiya orqanları Rusiya,Monqolustan və Qazaxıstan da daxil olmaqla 11 qonşu ölkə iləbirlikdə dəniz əlaqələri üzrə üçtərəfli mexanizm yaradıb. Bumexanizm limanlarda gömrük prosedurlarına dair məlumatmübadiləsini, fövqəladə hallar zamanı operativ həll yollarınıntapılmasını, hüquq-mühafizə orqanları arasında əməkdaşlığıngücləndirilməsini və gömrük rəsmiləşdirilməsinin, limanəməliyyatlarının fasiləsiz həyata keçirilməsini təmin edir.

Çinin nəqliyyat qurumları və "Bir Kəmər, Bir Yol" təşəbbüsüçərçivəsindəki tərəfdaşlar beynəlxalq avtomobil daşımaları vətranssərhəd infrastrukturun tikintisi üzrə sazişlərin imzalanmasıüçün danışıqlar aparır", – deyə o vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
29
az.trend.az

1Sources