EN

“Aktrisanın həyat yoldaşı hazır olmalıdır ki...”

“Adam öz evindən getmək istəməz. Nə olursa olsun, sevdiyin insanlardan, peşəndən, gördüyün işlərindən ayrılmaq istəməzsən”.

OLAY yazır ki, bu sözləri Kamran Ağabalayevin “Qapqara” layihəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Zemfira Əbdülsəmədova deyib. Sənətkar evi kimi gördüyü teatrdan uzaqlaşmaq istəmədiyini vurğulayıb:

Xüsusilə də o iş mənə uğur gətirirsə, ətrafımda sevimli insanlar varsa və o sevgini onlarla bölüşə bilirəmsə, niyə gedim? O adamlardan deyiləm ki, çıxım gedim. Mən sevirəm və bu sevgi qarşılıqlıdır”.

Sənətçi həmçinin həyat yoldaşı Ədalət Əbdülsəmədovdan da söz açıb. O bildirib ki, aktrisanın həyat yoldaşı bunlara hazır olmalıdır:

“Əlimdən tutmağa, kömək etməyə, arxamda durmağa, balaları bərabər böyüdüb tərbiyə verməyə hazır olmalıdır. Necə ki, bunu Ədalət edir. Mən çox razıyam. Söz-söhbət də olur, arada ortaq məxrəcə gəlmirik. Xarakterimiz fərqlidir. O oğlaqdır, mən balıq bürcüyəm. Mən ona dözürəm. Bütün bunlara baxmayaraq, elə arxamdadır. Mən ona minnətdaram. Bəlkə də onun mənə minnətdar olduğundan da artıq mən ona minnətdaram”.

Chosen
17
olay.az

1Sources