EN

Rusiya danışıqlara hazırdır: Bu ərazilərdən çıxacaq - Təcili

Vladimir Putin danışıqlara hazırdır, lakin ərazi güzəştinə getməyəcək. O, Ukraynanın NATO-ya üzvlüyündən imtina etməsində israr edir, lakin Kiyev üçün təhlükəsizlik təminatlarını müzakirə etməyə hazırdır.
Axar.az xəbər verir ki, bu barədə “Röyters” mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, Rusiya ordusu Xarkov və Nikolayev vilayətlərindən çıxa bilər. Həmçinin Moskva cəbhə xəttinin dondurulmasına razılaşacaq.

“Kreml Ukraynadan silahlı qüvvələrinin sayını azaltmağı və rus dilindən istifadəni məhdudlaşdırmamağı öhdəsinə götürməyi də tələb edə bilər”, - mənbələr bildirib.
Chosen
20
4
sherg.az

5Sources