EN

Tramp Ukraynaya gizlin şəkildə nüvə silahı verəcək- SENSASİON İDDİA  

 ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukraynaya gizli şəkildə nüvə silahı ötürə bilər.

Musavat.com xəbər verir ki, bu barədə Britaniyanın "Express" nəşri hərbi ekspert Nikolas Drammonda istinadən xəbər yayıb.

Ekspert bildirib ki, bu cür müqavilə çox məxfi şəkildə həyata keçirilə bilər və nəticədə Ukrayna ciddi şəkildə güclənər.

“Zelenski bu addımdan sonra bəyan edə bilər: Bizdə nüvə silahı var, əgər bizə hücum etsəniz, Moskvanı bombalayacağıq”, – deyə Drammond vurğulayıb.

Onun sözlərinə görə, Tramp bu addımı yalnız Ukraynanın NATO-ya qoşulmaması şərtilə ata bilər.

Bu iddia beynəlxalq arenada böyük müzakirələrə səbəb ola bilər və regiondakı qüvvələr balansını tamamilə dəyişmək potensialına malikdir.

Chosen
18
musavat.com

1Sources