EN

Ermənilər yaralarına "məlhəm" qoymağa çalışırlar: Nəqliyyatdan pulsuz istifadə...

Ermənilər Azərbaycan ordusuna uduzmağın ağrı -acısını hələdə yaşayır, bunu unutdurmaq üçün müxtəlif addımlar atmaq üçün büdcədən pul ayırırlar.
Adalet.az
xəbər verir ki, İrəvan merinin müavini Suren Qriqoryan açıqlaması ilə diqqətləri üzərinə çəkib. O bildirib ki, dörd günlük Aprel və 44 günlük müharibələrdə ölənlərin ailələrinə güzəştlər ediləcək:" Adıgedən müharibələrdə ölmüş ermənilərin yaxınları, yəni ailə üzvləri İrəvanda ictimai nəqliyyatdan pulsuz istifadə edəcək. Çünki, İrəvan meriyasının Ağsaqqallar Şurası ictimai nəqliyyatdan istifadə edənlər üçün imtiyazlar paketini müzakirə edir".

Qeyd edək ki, 4 günlük Aprel döyüşlərində Ermənistan ordusu 91,  Vətən müharibəsi - 44 günlük müharibə də isə 6 minə yaxın hərbçi itirib.

Əntiqə Rəşid

Chosen
10
adalet.az

1Sources