EN

Yardımlıda 23,5 km uzunluğunda avtomobil yollarının əsaslı təmiri yekunlaşıb (FOTO/VİDEO)

Bakı. Trend:

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 5 min nəfərəhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Yardımlırayonunun Masallı‒Yardımlı (44km)‒Sırıq‒Əfçədulan‒Horavar‒Əngövül‒Zəngələ‒Vərov‒Keçələkəranavtomobil yolunun əsaslı təmirini yekunlaşdırıb.

Trendbu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə uzunluğu 23.5 kilometr olan avtomobil yolu uzunmüddət təmir olunmadan istifadə edildiyindən və təbii faktorlarıntəsirindən yararsız vəziyyətdə idi. Bu səbəbdən əsaslı şəkildəyenidən qurulmasına və bərpasına ehtiyac yaranan yollar 4-cütexniki dərəcəyə uyğun təkmilləşdirilib. Yolların eni 10 metrəqədər genişləndirilib.

Yolboyu torpaq işləri, qazma, yolun normativ eninin alınmasıüçün genişləndirmə və yol əsasının tikintisi işləri görülüb.Texnoloji ardıcıllığa uyğun daha sonra yeni asfalt-beton örtüyünündöşənməsi işləri yerinə yetirilib.

Görülən işlərə paralel olaraq, yolboyu suların ötürülməsiməqsədilə zəruri yerlərdə suötürücü boruların tikintisi işləri icraolunub.

Layihə üzrə yolun Sırıq, Keçələkəran və Zəngələ hissələrində hərbiri bir aşırımlı olmaqla 3 yeni avtomobil körpüsü də inşaedilib.

Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yolnişanlarının quraşdırılması, yolcizgi və yolgöstərici xətlərininçəkilməsi işləri aparılıb.

Aparılan yenidənqurma işləri vətəndaşların hərəkətinintəhlükəsizliyinə zəmin yaratmaqla yanaşı, yolboyu rahatgediş-gəlişi təmin edəcək, yük və sərnişin daşımasınıasanlaşdıracaq.

Yardımlıda
Yardımlıda
Yardımlıda
Yardımlıda
Yardımlıda
Yardımlıda
Yardımlıda
Yardımlıda
Yardımlıda
Chosen
3
7
az.trend.az

10Sources