EN

Dörd ölkə Baltik dənizindəki təxribatı araşdırır

Dörd

Baltik dənizində Litva, İsveç, Finlandiya və Almaniyanı birləşdirən iki sualtı internet kabel zədələnib.

Reyting.az
-ın məlumatına görə, Finlandiya və Almaniyanın birgə bəyanatında bu, “qəsdən ziyan vurma şübhəsi yaradan hadisə” kimi qiymətləndirilir və araşdırma aparıldığı bildirilir.

Almaniyanın müdafiə naziri Boris Pistorius deyib ki, heç kim kabellərin təsadüfən zədələndiyinə inanmır: “Biz hibrid müharibə ehtimalına diqqət çəkməliyik”.

Litva donanması Baltik dənizinin təsirlənmiş ərazilərində nəzarəti gücləndirəcəyini bəyan edib.

Qeyd olunur ki, kabel xətləri mühüm qaz kəmərləri və enerji xətləri ilə paralel marşruta malikdir.

Onu da qeyd edək ki, 2022-ci ildə Rusiyanı Almaniya ilə Baltik dənizində birləşdirən “Şimal axını” qaz kəmərləri də məlum olmayan səbəbdən məhv edilib.

V. QULİYEV
Chosen
22
reyting.az

1Sources