EN

ÜST: Qəzzada baş verənlər cəhənnəmi xatırladır

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Qəzzanın şimalında baş verənləri insanların sağlamlığı baxımından cəhənnəm adlandırıb.

Bakıvaxtı.az qurumun yayımladığı məlumata istinadla xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Marqaret Harris jurnalistlərə açıqlama verib.

Qəzzadakı insanların sağlamlıq durumunun ağır olduğunu və ehtiyacların hər keçən gün artdığını qeyd edən Harris bildirib: 

"5 yaşından kiçik hər 10 uşaqdan 9-da ən az bir yoluxucu xəstəlik var. Qadınlar hər gün gigiyenik olmayan, pis şəraitdə uşaq dünyaya gətirirlər. Qəzza sadəcə olaraq cəhənnəmi xatırladır".

Əli Hüseynov

Chosen
17
bakivaxti.az

1Sources