EN

Taliban hökuməti Əfqanıstanda bu kitabları qadağan edib

Əfqanıstanda hakimiyyətdə olan "Taliban" hərəkatı hazırda İslam dini və hökumət əleyhinə olan ədəbiyyatın dövriyyədən çıxarılması üzərində işləyir.

“AzPolitika” xarici mediaya istinadla xəbər verir ki, bu səylərə 2021-ci ildə “Taliban” hakimiyyətə gəldikdən qısa müddət sonra İinformasiya və Mədəniyyət Nazirliyinin nəzdində yaradılan komissiya rəhbərlik edir.

Oktyabr ayında komissiya Əsasən bazarlardan toplanmış İslam və əfqan dəyərləri ilə ziddiyyət təşkil edən 400 kitab müəyyən etdiyini açıqlayıb.

Nazirlikdən verilən məlumata görə, nəşriyyata cavabdeh olan idarə ələ keçirilən kitabların əvəzinə Quran və digər İslam mətnlərinin nüsxələrini paylayıb.

Nazirlik silinən kitabların sayı ilə bağlı rəqəmlər təqdim etməyib.

Kabildəki bir naşir isə mətnlərin “Taliban” hakimiyyətinin ilk ilində və son aylarda yenidən toplandığını bildirib: “Korrupsiya, təzyiqlər və digər məsələlərin mövcud olduğu xaricdən dəstəklənən əvvəlki hökumət dövründə də kitablar məhdudlaşdırılıb. Ancaq qorxu yox idi, kimsə nə demək istəyirsə deyə bilərdi. Hər hansı bir dəyişiklik edə bilsək də, etməsək də, səsimizi qaldıra bilərik”.

Xarici media informasiya nazirliyinin rəsmilərindən “dinə zidd” - qadağan olunmuş titullardan beşinin siyahısını əldə edə bilib. Bura əslən Livandan olan Amerikalı yazıçı Xəlil Cübranın “İnsanoğlu İsa” və Alban yazıçısı İsmail Kadarenin “Şərq tanrılarının alaqaranlığı” romanı daxildir.Keçmiş hökumətin təhsil naziri Mirvais Balkhinin “Əfqanıstan və Region: Qərbi Asiya Perspektivi” əsəri də “mənfi təbliğat”a görə qadağan edilib.

“Taliban” səlahiyyətliləri deyib ki, onlar hər hansı bir ölkənin və ya şəxsin kitablarını qadağan etməyib, ancaq kitabları araşdırırlar. Dinə, şəriətə və ya hökumətə zidd olanları və ya canlıların fotoşəkilləri varsa qadağan edilir, onların yayılmasına və təbliğatına icazə verilmir.

SƏMLA

AzPolitika.info

Chosen
13
azpolitika.info

1Sources