EN

Abxaziyada növbədənkənar seçkilərin vaxtı açıqlandı

Separatçı Abxaziya Respublikasının Konstitusiyasına görə, üç ay ərzində növbədənkənar prezident seçkiləri keçirilməlidir. 

“Cebheinfo.az”-ın məlumatına görə, Abxaz Mərkəzi Seçki Komissiyasından növbədənkəanr “prezident” seçkilərinin 2025-ci il fevralın 15-i və ya 16-da keçirilə biləcəyini deyiblər.

“Seçkilər prezident istefa verdiyi gündən üç ay ərzində keçirilməlidir. Aslan Bjaniya istefa verib və parlament bunu noyabrın 19-da qəbul edib. Konstitusiyaya görə, seçkilər üç ay ərzində, yəni fevralın 19-dan əvvəl keçirilməlidir. Abxaziyada seçkilər həmişə həftə sonları keçirildiyi üçün bu, ya şənbə, fevralın 15-i, ya da fevralın 16-sı bazar günü ola bilər”, - deyə MSK üzvü Rusiya mediasına açıqlamasında bildirib. 

Chosen
11
cebheinfo.az

1Sources